BDU-nun tələbəsi “Moskva merinin təqaüdü”nə layiq görülüb

BDU-nun tələbəsi “Moskva merinin təqaüdü”nə layiq görülüb
Oxunma sayı: 818

Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin IV kurs tələbəsi Yana Məlikova “Moskva merinin təqaüdü”nə layiq görülüb. 

“Qafqazinfo” xəbər verir ki, Azərbaycandan bu təqaüdə layiq görülən 15 tələbədən biri olan Yana Məlikova əla oxuduğuna, ictimai fəallığına və rus dilində təhsil aldığı görə ildə 27 min rubl alacaq.

Qeyd edək ki, təqaüdün verilməsində əsasən aztəminatlı ailələrdən olan tələbələrə üstünlük verilir. Təqaüd üçün ikinci və daha yuxarı kurslarda təhsil alan tələbələr müraciət edə bilərlər.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi