Dünənki tıxacda ölkə rəhbərlyi də qalıb - Video

dunenki-tixacda-olke-rehberlyi-de-qalib-video
Oxunma sayı: 653






Dünən Bakı şəhərində hava şəraiti ilə bağlı yaranan vəziyyət ölkədə ciddi narazılıqlar yaradıb. “Qafqazinfo”nun məlumatına görə, günün ikinci yarısından sonra hava şəraitinin pisləşməsi və yolların buz bağlaması nəticəsində on minlərlə insan küçələrdə köməksiz vəziyyətdə qalıb. Bakı şəhərinin əsasən Şimal girişində müşahidə olunan tıxaclar nəticəsində 7-8 saat hərəkət mümkünsüz olub. İnsanlar maşınların yol kənarında ataraq qaçıblar.

Maraqlı məqamlardan biri də dünən yaşanan olaylarda ölkənin sıravi vətəndaşları ilə yanaşı, məmurların , yüksək vəzifəli şəxslərin, millət vəkillərinin, nazirlərin və xüsusi ilə Bakının meri Hacıbala Abutalıbovla Milli Məclisin spikeri Oqtay Əsədovun da tıxacda qalmasıdır. Məlumatlara görə, Milli Məclisin spikeri saatlarla düşdüyü tıxacda gözləməli olub. O, elə hadisə yerindən əlaqədar qurumların rəhbərlərinə zəng edərək tədbirlər görmələrini tələb edib. Lakin məlum olduğu kimi dünən gecə yarıya qədər yolların tıxacdan qurtulması üçün heç bir tədbir görülməyib. Nə yol polisi əməkdaşları, nə də Fövqəladə Hallar Nazirliyinin işçiləri vəziyyət müdaxilə etməyiblər. Yalnız gecə saat 23:00 radələrində Fövqəladə Hallar Nazirliyinin bir neçə xidməti avtomobilləri üçüncü mikrorayon dairəsi ətrafında görünüblər.

Qeyd edək ki, dünənki tıxacda ölkənin bir qrup jurnalisti də gecə yarıya qədər qalıb. Onlar qətlə yetirilən yazıçı Rafiq Tağının dəfnindən qayıdarkən tıxaca düşüblər. Hətta onlardan bir neçəsinin avtomobili də sürüşərək zədələnib.

Əslində isə dünən Bakı şəhərində yaşanan bu vəziyyət ölkənin fövqəladə vəziyyətə hazır olmadığını bir daha sübut edib. Məlum olub ki, Azərbaycanın regionun lider dövləti olması ilə bağlı işlədilən təntənəli cümlələr uydurmadan başqa bir şey deyil. Azərbaycanın guya Avropanın enerji təhlükəsizliyini təmin edən bir ölkə olması sadəcə nağıldır. Bu ölkə Avropanın enerji təhlükəsizliyini necə təmin edir ki, öz paytaxtı quşbaşı qarın əlində cəmi iki saata iflic olur? Danışılan yalanlar, uydurulan nağıllar dünənki hadisə ilə nəticələnərək böyük bir biabırçılığın üstünü açmışdır. Əslində normal cəmiyyətdə baş verənlərə görə əlaqədar qurumların rəhbərləri özləri istefa verməlidir. Qayda-qanun işləyən ölkədə isə onların istefasına baxmayaraq yüksək vəzifəli şəxslərdən hesab sorulmalı, onlar cinayət məsuliyyətinə cəlb edilməlidirlər...

tixac7.flv