Dünya azərbaycanlılarının nəzərinə!

dunya-azerbaycanlilarinin-nezerine
Oxunma sayı: 631

“Qafqazinfo”nun məlumatına görə, bu xəbərdarlığı DAK həmsədrləri Sabir Rüstəmxanlı və Firidun Pərvizniya yayıb. Onlar bildiriblər ki, bu DAK-ın tədbiri deyil: “Təşkilatımız belə bir adla tədbir keçirilməsinə deyil, hazırda DAK-la heç bir əlaqəsi olmayan şəxslərin təşkilat adından istifadə edib guya “birlik qurultayı”na hazırlıq məqsədilə konfrans keçirməyinə etiraz edir. Çünki vaxtilə DAK-ın Nizamnaməsini kobud surətdə pozduqlarına görə təşkilatdan uzaqlaşdırılmış adamların özlərini qurumun təmsilçiləri kimi qələmə verərək bu cür addımlar atması açıq-aydın təxribat və DAK-ı parçalamaq, Azərbaycanın bütövlüyü, Güneyin istiqlalını istəməyən qüvvələrə xidmətdir”.