Dünya bizdən nə istəyir?

dunya-bizden-ne-isteyir
Oxunma sayı: 658



Vədə yetişəndə səbr kasası dolan xalq yatmış şir kimi ayağa qalxıb zəncirləri qırdı, dəmir pərdəni dağıtdı, azad oldu, müstəqil oldu, üstəlik imperiyanın çöküşünə aparan əzablı yollarda irəliləyən prosesə təkan verdi.
Azadlığı qazanmaq çətin, saxlamaq ondan çətin. Müstəqilliyi əldə etmək bir iş, onu qorumaq başqa iş.
Vaxtilə bizə doğru bir addım atıb ruh və qanad verən, həvəsə gətirən inkişaf etmiş azad, demokratik dövlətlər həmin çətin günlərdə iki addım geri atıb daldada dayandılar, səssizcə tindən boylanıb görək kim-kimi dedilər.

Yüzdə-yüz əgər ulu öndər gəlməsəydi bizi geri qaytaracaqdılar. Amma düşməndən qat-qat ağıllı, təcrübəli, müdrik sərkərdə qayıtdı və ölkəni, xalqı, dövləti xilas etdi. Min bir zülm-sitəmlə dirçəlib durduq.

Bizi ayaqda görən marığa çəkilmiş o böyük-böyük, azad, demokratik dövlətlər tindən çıxıb yenə irəli cumdular. Məmləkətə rəngarəng elçilər ayaq açdı. Biri gəldi - biri getdi. Maşın-maşın, vaqon-vaqon, uçaq-uçaq dəstələr növbəyə durdu. Ölkəyə yayılıb künc-bucağı qoxladılar, var-yoxumuzu yoxladılar və yenə ah-uf, pah-pah, oy-oy-oy elədilər, nə bərəkətli diyarınız var, gələcəyiniz necə də parlaqdır, imperiyadan qurtuluşunuz və yenidənqurulan inteqrasiyanız mübarək, dedilər! Dünya evinə xoş gəldiniz!
Tərifli namələrdən sonra diləkçələr dil açdı. Kabab iyindən məst olub biri “qa” dedi, biri “qu” dedi, biri onu istədi, biri bunu istədi, və sair, və ilaxır, və daha bildiyiniz bir çox nələr-nələr...

Bizim fitrətdən mərdanə, qədimdən mədəni xalqımız həssasiyyət göstərdi, vaxtilə azad, demokratik, müstəqil olmağımız üçün bizə ruh və qanad verən, həvəsə və həyəcana gətirən o iri-iri inkişaf etmiş azad, demokratik dövlətlərə borclu qalmaq istəmədi, kişi kimi dost dosta tən gərək deyib, nə dedilər etdik. Azad olun deyirdilər – olduq. Müstəqilliyinizi qazanın deyirdilər - qazandıq, demokratikləşin deyirdilər, - ...ləşdik. İndi də əl uzadıb ver dedilər - verdik yedilər...

Öyrəncəli qonaqpərvərliklə səbr etdik, dözdük, mədənicəsinə növbəmizi gözlədik. Gördük böyük-böyük azad, müstəqil, demokratik dövlətlərin işi çoxdu, tez-tez yığışıb pıç-pıç edir, sözləşib qazanlar qaynadır, məsələlər aşırır, yer kürəsini fırladır, okeanın altını üstünə çevirir, kosmosun yolunu ölçürlər. Xırdaları qloballaşdırır, iriləri dilimləyir, nəyinsə altını cızır, kiminsə üstündən xətt çəkir, məğribdə ciddi projelər, məşriqdə qeyri-ciddi qoruq-qadağalar yapırlar. Bacarmadıqları iş yoxdu, əllərindən hər nə desən gəlir... Düz iyirmi il gözlədik.

Amma səbr səma deyil, həddi var, hüdudu var!
Bu qədər sıx get-gəllər içində elə hey “ver-ver, davay-davay, həndi-xox” edənlərin arasından bir kişi çıxıb demədi ki, ay uşaqlar, bəlkə sizin də nəyəsə ehtiyacınız var, sizə də nəsə lazımdır, siz də bir şeylər istəyirsiniz, bəlkə dərdiniz-səriniz, yaxud işdi-şayət bir arzunuz-filan olar? Dünya əlimizdədi, onu biz fırladırıq, bu qədər zəhmətin, qulluğun, yaxşılığın əvəzində bəlkə sizə nəsə edə bilərik, hansısa bağlı düyünü açarıq, bir yaralı barmağı sularıq...
Demədilər.
Amma biz də insanıq axı! Biz də bu qloballaşan dünyada yaşayırıq axı! Bu lənətlənmiş qlobusun üstündə yaşayırıqsa, demək bizim də bir dərdimiz var axı! Biz şərdən çərlədik axı!.. Axı, axı... Düz iyirmi beş ildir yaxamıza daraşan qara yaradan zinhar olduq axı...

Əllərindən hər iş gələn böyük-böyük dövlətlər vaxtilə yığışıb cəmi dörd ilə - dördcə ilə! - o boyda Hitleri böyrü üstə qoydular. İndi noldu? Əzazillikdə bədbaxt faşist Hitlerə yüz təpik vuran xoşu daşnak Hayrapetə niyə gözün üstə qaşın var deyən yoxdu? Yekələr özlərini görməməzliyə vurub elə hey əlləri ətəklərindən uzun, sallana-salana gəlir, gedir, gülümsəyir və dinməver deyirdilər. Qonşunun torpağını oğurlayan, milyonlarla adamı yurd-yuvasından didərgin salan, şəhərləri, kəndləri yerlə yeksan edən, elm, təhsil, mədəniyyət və din ocaqlarını darmadağın dağıdan genetik oğru-quldur-satqın üzqarasına isə heç biri bir dəfə qalxıb - “poşol” demədi!
Onlar meşəmizi qırdılar, torpağımızı şumladılar, suyumuzu zəhərlədilər – dinən olmadı. Camaatı qovdular, ev-eşiyi yandırdılar, ocaqları söndürdülər – dinən olmadı. Cavanı-qocanı əsir etdilər, qız-gəlini yığıb apardılar, arvadların başını divara çırpdılar, uşaqların damarına neft vurdular, dinc əhalinin belini qırdılar – dinən olmadı. Torpaq adı çəkənin sinəsinə dağ çəkdilər, pəhləvan igidləri qorxaq dığaların qəbri üstündə qurban kəsdilər, diz çökməyənlərin şəxsiyyətini alçaltdılar, Vətən deyənlərin vətənini, dövlətini təhqir etdilər, millətin bayrağına tüpürdülər – dinən olmadı, olmadı, olmadı...

Nefti, qazı, qızılı, balığı, meyvə-tərəvəzi, ağacı, dəmiri, dənizi, yerdə-göydə ən xırda iynə ulduzunu belə görənlər - bu boyda müsibətləri görmədilər, kor oldular, kar oldular, şil oldular, yesir qaldılar...
Amma həyat bir rəngli deyil, çaları çox, təzadı çox. Harda Şər varsa - Xeyir də var, qaranlıq varsa – işıq da var, təsir varsa - əks-təsir də var, cinayət varsa - cəzası da var. Bir belə əbləhlik, əzazillik, qəddarlıq törədən qaniçən vəhşinin başı bir gün əzilməlidi, ya yox?! İçimiz özümüzü yandırdı, çölümüz özgəni. Pisliklə, heyvərəliklə, tərbiyəsizliklə üz-üzə qaldıq. Oğruya, quldura, kərtənkələyə, ilana, varana, daha hansı murdar məxluqa dözüb ya yeməli, ya da yedirtməliydik...

Və elə ki səbr kasası dolan xalqın cəsur Oğlu qalxıb iyirmi beş ildir ortalıqda xoruz kimi gərdiş edən, meydan sulayan dığalara qəfil bir “ramilsəfəri” zərbə ilişdirdi və hayların hamısını bir zərbə ilə gicəlləndirib nokauta saldı, dərhal dünyanın böyük-böyük azad, müstəqil, demokratik dövlətlərinin qulağı, gözü, ağzı açıldı, şilliyi-şikəstliyi getdi və erməni faşizminə dəyən qəfil zərbənin ağrısı bunların qarnına doldu.

Vaxtilə bütün Azərbaycan xalqının ayağa qalxmasını istəyən, mübarizliyə ruh və qanad verən, həvəsə və həyəcana gətirən o böyük-böyük inkişaf etmiş dövlətlər indi bir Azərbaycan Oğlunun ayağa qalxmasından qorxub vəlvələyə düşdü, narahat oldu, sancılandı, əsdi-coşdu, etmə-eləmə, dayan,dayan dedi...
Qarınlara dolan ağrının qur-quru aləmi bürüdü. Azar dolmuş bir qarın səsi dünyanın o üzündən gəldi, bir narahat qarın dünyanın bu üzündə guruldadı, bir eybəcər səs aşağıdan çıxdı, biri narahat-narahat yuxarıdan zarıdı, biri soldan inildədi, biri sağdan çığırdı, biri içəridən bağırdı, biri gendən partladı... biri... biri... biri...
Aman, ey vah! Bunlara nə oldu? Niyə qızdılar belə? Niyə üstümüzə qalxdılar? Bunlar hamısı haydılar?! Bilməz idik...
Gələni bəh-bəhlə qarşılayıb, gedənin arxasınca su atmışıq. Bizdən inciməmiş bir əziz qonaq... “Qa” deyənə qaz verdik, “qu” deyənə – quş yedirtdik... Nəyimiz var hamısından hamısı dadıb, dadanıblar...
Amma biz heç kimdən heç nə istəmədik. Təkcə o inkişaf etmiş azad, demokratik dünya dövlətlərindən üstümüzə qısqırdılan oğru, satqın, qul və quldur üzqarasına bircə söz desinlər dedik: “Poşol”!
Vəssalam. Başqa təmənnamız yox.
O qədər qonaqlığın-qulluğun müqabilində bu bir sözü də demirlər!
Və biz deyəndə qarınlarına ağrı dolur.
Onda bəs nə olsun? Nizam necə düzəlsin, sahman necə yaransın? Adam necə yaşasın?
Aman Tanrım!

Biz onsuz da tez-gec öz məsələmizi özümüz həll edib torpağımızı eşşək otaranlardan təmizləyəcəyik. Amma gəl açıq danışaq. Sərtdir, acıdır, acınacaqlıdır, kədərlidir və hətta çox qorxuludur, lakin bu bir həqiqətdir, eşit: Sən quran o gözəl dünyada daha nə dünyalıq qalıb, nə gözəllik! Daha yer üzündə milyon illər boyunca aydınların ruhu, qəlbi, zəkası və zəhməti ilə yaranan, qorunub saxlanan Mədəniyyət də itib gedir. Daha insanlıq geriyə, mağaraya qayıdır. Daha oğurluq, quldurluq, əzazillik, yezidlik, şümürlük, faşistlik, ermənilik, vəhşilik, qəddarlıq yaxşıdır-pisdir bilinmir. Daha dünayad daş-tərəzi itib, ölçü-biçi qarışıb. Hərənin öz arşını, öz tərəzisi. Kimin qolu güclüdürsə - haqlı odur. Ara qarışıb məzhəb itib, Şər Xeyiri üstələyir, Zor İdrakı məhv eləyir. İndi daha hərə öz həqiqətini, öz ədalətini, öz məntiqini tanıyır. Daha heç kim nəinki heç kimin, hətta Sənin də Kitabını oxumaq istəmir. Və ən pisi, ən təhlükəlisi – daha Haqqın Ədalətinə inam ölür...
İncimə, Tanrım!
Əgər belə deyilsə, bəs onda biz Haqqa tapındıqca, üzərimizə yeriyib haqqımızı tapdalayan ədalətsizlik nədir?!
Əgər belə deyilsə, suçlu olmadığımız halda üstümüzə tökülüşən bu dünya bizdən nə istəyir?!

19. IX. 2012