Dünya çempionu həbs edildi

dunya-cempionu-hebs-edildi
Oxunma sayı: 670

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, sentyabrda Uçuşiba idman karyerasını başa vurduqdan sonra cüdo üzrə dərs verdiyi Kyusyu universitetindən qovulmuşdu. O, tələbə qıza əvvəlcədən spirtli içki verərək ona təcavüz etməkdə günahlandırılır. Tələbə qızın 20 yaşı olmadığı üçün Yaponiya qaydalarına əsasən spirtli içki qəbul etməsi qanunla qadağandır. Yerli polisin verdiyi məlumata görə, 33 yaşı idmançıya qarşı cinayət işi açılıb. İdmançı özü isə bütün ittihamları rədd edərək özünü günahkar hesab etmədiyini deyib.

Səidə