“Dünya “Ərəb baharı”ndan fəlakətli “Avro-Asiya qışı” istəmirsə tələsməlidir”

dunya-ereb-baharindan-felaketli-avro-asiya-qisi-istemirse-telesmelidir-
Oxunma sayı: 742

Partiya liderinin “Qafqazinfo”ya verdiyi məlumata görə, o Vaşinqton səfəri zamanı Kornegi fondu, Freedom House və Amerika hökumətinin donoru olduğu Demokratiyaya kömək fondunun rəhbərliyi və mütəxəssisləri, həmçinin keçmişdə SSRİ-dən ayrılmış ölkələrdə səfir işləmiş təcrübəli diplomatlarla, konqresmenlər və digər şəxslərlə görüşlər keçirib və dünyada baş verənlərin analizi və qlobal strategiya məsələləri müzakirə olunub.

Партийа лидери insan haqlarının əsas müddəаlarını ilk dəfə nəzərə alan dünya ölkələri tərəfindən 1975-ci ildə imza atılmış Helsinki deklarasiyasının Sovet ittifaqının dağılmasında, şərqi Avropa ölkələrində demokratiyanın bərpa olunmasında müstəsna rolunun olmasını qeyd etməklə yanaşı, artıq köhnəldiyini, müasir dünyanın bu günkü tələblərinə cavab vermədiyini qeyd etməklə müzakirələrə dinamiklik verməyə cəhd edib. Onun fikrincə “Ərəb baharı” hadisələri adlandırılan proseslər göstərir ki, diktatorlar xalqın qanını tökməmiş səhnədən çəkilmək istəmirlər: “Bir neçə yüz insanın tələfi ilə başlanan Tunis hadisələri, bir neçə min insan qırğını ilə Misirdə, bir neçə on min ölümlə Liviyada başa çatdı. Minlərlə insanların öldürülməsi bu gün də Yəmən və Suriyada davam edir. Bu proseslərin baş vermələrinin səbəbləri millətlərinin, iqtisadi vəziyyətlərinin müxtəlif olmasından asılı olmayaraq eynidir bir başa vətəndaşların hüquqlarının pozulması ilə əlaqədardır. Bütün ölkələrdə uzun müddətə seçkilər saxtalaşdırılır, diktatorlar ya tək, ya da dinastiya şəkilində hakimiyyəti ələ keçirib zorla saxlamaq istəyirlər. Korrupsiya və rüşvət cəmiyyəti xərçəng xəstəliyi kimi hər tərəfdən dəmir məngənədə sıxır. Diktator korrupsiya və rüşvətə bir başa rəhbərlik edir. Ölkəyə özünün evi kimi baxır, dövlətin pulunun xalqla əlaqəsinin olmadığını, özünün istəyi ilə xərclənməsinə adi hal kimi baxır. Diktatorların ailələri ölkələrinin tam sahibkarlarıdır, ölkənin nazirləri onların qulluqçuları səviyyəsindədirlər. “Ərəb baharı” göstərir ki, dünya dəyişib, yaxın illərdə diktatorların idarəçiliyinin qlobal iflas prosesi başlayacaq. İndi əsas məsələ bu prosesləri qansız idarə etməyə nail olmaqdır. Müasir dünyada sivil ölkələrin diktatorların öz əhalisini fiziki məhv etməsinə müdaxilə etməməsi, qarşısını almaması artıq mümkün deyil, bu əxlaqsızlıq hesab edilir. Son illərdə diktator rejimlərini yıxmaq üçün 3 dəfə hərbi müdaxilə yolundan istifadə edilib. İraq, Əfqanıstan və Liviya. İraq - Əfqanıstan müharibəsinə artıq 1 trilliyon dollardan artıq pul xərclənib, üst üstə 200 minə yaxın insan həlak olub nəticədə Əfqanıstanda 30, İraqda isə 80 faizə yaxın demokratik prinsiplərə söykənən yeni rejimlər yaradılıb. Liviyada NATO bombalamağa 300 milyarddan artıq pul xərcləyib, 30 mindən artıq adam həlak olub, hələ proses başlanğıcındadır. Belə bahalı və kütləvi insan tələfatı ilə qurtara biləcək əməliyyatların keçrilməməsinə nail olmaq üçün Köhnəlmiş Helsinki deklarasiyası yeni deklarasiya ilə əvəz olunmalıdır. Yeni deklarasiyada seçkilərin keçirilməsi insan haqlarının pozulub
pozulmadığını xarakterizə və müəyyən edən əsas prinsipdir və bu prinsip ölkənin daxili məsələsi ola bilməz aktı olmalıdır. Son illərdə seçkiləri total saxtalaşdıran ölkələrin siyahısı tutulmalıdır və 2012-ci ilin ikinci yarısından bu ölkələrdə seçkiləri BMT keçirməlidir. Keçmiş Sovet İttifaqından ayrılmış Türkmənistan, Özbəkistan, Azərbaycan, Tacikistan, Belarus və Qazaxıstan seçkiləri total saxtalaşdıran ölkələrdir birinci qara siyahıya düşməlidir. Rusiya və Ermənistanı 2-ci qrupa avtoritar rejimlərə aid etmək olar.
Ukrayna, Moldova, Gürcüstan və Qırğızıstan 3-cü qrup avtoritar rejimlərdir ki, onlar demokratiyanın astanasındadır.

Birinci qrup totalitar rejimli ölkələrdə əgər sivil dünyanın nümayəndələri hadisələrin gedişinə müdaxilə etməsələr böyük insan tələfatına səbəb olacaq inqilablar yaxın illərdə baş verəcək və onun qarşısını heç bir repressiyalar ala bilməz. Bu ölkələrə Amerika və NATO qüvvələrinin hərbi müdaxiləsi də mümkün deyil, çünki bu ölkələr Çin, Rusiya və İranın əhatəsindədir. 1990-cı illərdən fərqli olaraq çox qan töküləcək, çünki indi kifayət qədər böyük maliyyə imkanları müxtəlif qrupların əllərində toplaşmışdır və onların hər biri ekstremal vəziyyətlərdə hakimiyyəti ələ keçirməyə cəhd edəcəklər. Dünya Ərəb baharından daha fəlakətli nəticələrlə qurtara biləcək məsələn “Avro-Asiya qışı” istəmirsə tələsməlidir.

Görüşlərdə bu məsələlər ətrafında dərin fikir mübadiləsi oldu və totalitar rejimli ölkələrdə inqilabların baş verəcəyinə şübhə olmadığı qəbul edildi. Görüşləri daha intensiv və daha da geniş formatlarda davam etdirmək qərara alındı”.