Dünya futbol tarixində rekord hesab – 58:0!

dunya-futbol-tarixinde-rekord-hesab-580
Oxunma sayı: 679

“Qafqazinfo”nun xarici mətbuata istinadən verdiyi xəbərə görə, Torki şəhərində baş tutan qarşılaşmada “Vill Pover” “Nova 2010”u 58:0 hesabı ilə darmadağın edib.

Belə ki, “Nova 2010” oyuna 5 futbolçu ilə gəlib. Heyəti tamamlamaq üçün onlar 4 tanımadığı futbolçunu da komandaya qəbul edərək 9 nəfərlə mübarizə aparıblar. Lakin “Vill Pover” də start 11-liyini formalaşdıra bilməyib. Komanda 10 nəfərlə oynayıb.

Beləliklə, 19 nəfərin meydana çıxdığı görüşün ilk hissəsində “Vill Pover” rəqib qapısından 20 cavabsız top keçirib. İkinci hissədə hesab 50:0-a çatdıqda “Nova 2010”un futbolçuları hakimdən oyunu dayandırmağı xahiş edib. Lakin baş hakim oyunu davam etdirməyi tələb edib və “Vill Pover” qalan vaxt ərzində daha 8 top vuraraq 58:0 hesablı qələbəsini rəsmiləşdirib. Robbi və Stüart Bauker qardaşları 28 qola imza atıb.

Ceyhun Əhmədov