Dünya idmanında daha bir rekord - Foto

dunya-idmaninda-daha-bir-rekord-foto
Oxunma sayı: 644

İdmançılar 5 avtobusdan ibarət karvanla azarkeşlərin görüşünə gəliblər. Onlar qarşılanma mərasimində iştirak edənləri qırmızı jiletlərini yelləyərək, salamlayıblar. Bəzi idmançılar isə ötən il Yaponiyada baş verən sunamini xatırladan pankartlar açıblar.

"Röyters" agentliyinə danışan yerli sakinlərindən biri təəssüratlarını belə bölüşüb: "Bizim idmançılar Londonda möhtəşəm idilər. Ötən il yaşadığımız sunami fəlakətini unutdurmaq üçün yarış meydanında ruhlarını qoydular".

Qeyd edək ki, Yaponiya komandası London Olimpiadasında 7 qızıl, 14 gümüş və 17 bürünc medal qazanmaqla, ümumi sıralamada 11-ci yeri tutub.