Dünya liderlərinin ortaq jesti

dunya-liderlerinin-ortaq-jesti
Oxunma sayı: 664

Bədən dilini tədqiq edən mütəxəssislər Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, Almaniyanın baş naziri Angela Merkel, Fransa preizdenti Nikolya Sarkozi və Rusiyanın keçmiş prezidenti Dmitri Medvedyevin daha çox bu jestdən istifadə etdiyini vurğulayıblar.
“Qafqazinfo”nun məlumatına görə, “güc brilyantı” jestində liderlər iki əlininin barmaqlarını bir-birinə tək-tək birləşdirir, bu zaman əllər brilyant görünüşü alır.

Alman bədən dili mütəxəssisi Sabine Mühlischə görə, onlar bu jestlə enerjilərini rəqiblərinə və üzləşdikləri problemə istiqamətləndirir. Eyni zamanda da hislərini nəzarətdə saxlamağı bacarırlar.
Hətta alman mütəxəssis əlavə edib ki, bir çox liderlərin jestləri eynidir və onlar bir-birlərini təkrarlayır.