Dünya mədəniyyətinə ağır itki üz verdi

dunya-medeniyyetine-agir-itki-uz-verdi
Oxunma sayı: 674

Müğənninin öldüyü təcili tibbi yardım həkimlərinin müyinəsindən sonra müəyyənləşib. 48 yaşlı müğənninin ölümünə nə səbəb olması haqqında məlumat verilmir.

Müğənninin meyiti üzərində zorakılıq əlamətləri aşkar edilmədiyindən polis Uitni Hyustonun öldürülməsi ehtimalını istisna edir.

Xatırladaq ki, Uitni Hyuston dünya şöhrətini 1980-90 illərdə qazanıb. O, ABŞ estradasının ən uğurlu ulduzu sayılırdı. O aldığı mükafatların sayına görə Ginnesin rekord siyahısına düşüb. O “Mühafizəçi”, “Keşişin həyat yoldaşı”, “Fasiləni gözləyərək” filmlərində baş rolları ifa edib.