Dünya mediası Kəmaləddin Heydərovun rüşvət qalmaqalını incələyir - “Foreign Policy Association”

dunya-mediasi-kemaleddin-heyderovun-rusvet-qalmaqalini-inceleyir-foreign-policy-association
Oxunma sayı: 676



“Foreign Policy Association” internet nəşri Lkondon olimpiadasında iki qızılk medal qazanmaq məqsədilə Azərbaycan rəsmi şəxslərinin Beynəlxalq Boksd Federasiyasıbnı ələ salmaq cəhdləri ilə bağlı BBC-nin materialının ətrafında yaranmış qalmaqal barədə Karl Raderin məqaləsini dərc edib. Bu reportaj böyük qalmaqala səbəb olub. Belə ki, BBC-nin “Newsright”proqramı sentyabrın 22-də göstərib ki, Beynəlxalq Həvəskar Boks Federasiyası iki aəzerbyacanlı boksçunun Olimpiya qızı medalı ilə təmin olunmasının müqabilində İsveçrə bankı vasitəsilə Azərbaycanda gizli mənbədən, ən azı 9 milyon dollar alıb.

“Newsright” adları çəkilməyən iki nəfərə, həmçinin Assosiasiyanın rəhbəri İvan Xodabxşla Azərbaycan hökumətindəki məmur arasında elektron yazışmaya istinad edib. Reportajda FHN əməkdaşının nazir Kəmaləddin Heydorvun adından Xodabaxşa göndərdiyi məlumat yer alıb. K. Heydərov Boks Federasiyasının rəhbəridir, Azərbyacanda üç və ya dörd nüfuzlu şəxsdən biridir. Onun ailəsi isə “Azərbaycanda ikinci ən güclü kommersiya ailəsi” kimni qiymətləndirilir.

Öz növbəsində Boks Assosiasiyası bildirib ki, nazir naməlum azərbaycanlı investorun adından hərəkət edib və onun bu işə şəxsən bağlılığı barədə heç bir sübut yoxdur.

Odur ki, pulların şəxsən Heydərovdan və ya Azərbaycan hökumətindən daxil olduğunu söyləmək çətindir.

Lakin Assosiasiyanın nümayəndələri bildiriblər ki, informasiya mənbəyi keçmiş narazı əməkdaşdır və o, işdən çıxarılıb. əsasən Ceff Bens nəzərdə tutulur.

O, əvvəllər ABŞ Olimpiya Komitəsininb baş hüquq məsləhətçisi olub. İşdən çıxarılmasına marketinq strategiyası və xərclərlə bağlı Xodbaxşla münaqişəsi səbəb olub.

Lakin araşdırma müəllifi bu qədər böyük məbləğin yalnız qızıl medallar haqda vədlərin müqabilində olması ehtimalını şübhə altına alır. Bununla belə, BBC-nin ən güclü sübutları iki ananim mənbədir. Belə ki, onlar bildiriblər ki, pulun müqabilində olimpiya medalları azərbaycanlı boksçulara veriləcək. Assosiasiya ittihamları rədd edərək bildirib ki, bu, xarici investorlarla qanuni sövdələşmə olub, onun əksini söyləyənlər isə vaxtilə Azərbaycandan kənar ediliblər.

Məqalə müəllifi qedy edir ki, belə olan vəziyyətdə ən yaxşı variant müstəqil araşdırmanın aoarılmasıdır. Çünki Assosiasiyanın daxilində aparılan yoxlama çətin ki, obyektiv olsun. Qeyd edək ki, bu ilin apreilndə Boks Assosiasiyasının ABŞ bölıməsinin işçilərindən biri Erik Parten Assosiasiya rəhbərliyinə qarşı iddia qaldıraraq onu 2010-2011-ci illərdə hər biri 5 milyon dollar olmaqla üç tranşda 15 milyon dolların idmançılara verilməməsində ittiham edib.

Bu, dolayısı ilə göstərə bilər ki, Assosiasiya naməlum azərbaycanlıə investorun vəsaitindən öz problemlərinin həllində istifadə edə bilər. (Turan)