“Dünyada Cənubi Qafqazdan vəhşi bir yer düşünə bilmirəm”

dunyada-cenubi-qafqazdan-vehsi-bir-yer-dusune-bilmirem
Oxunma sayı: 643

Belə bir bəyanatla Atlantika Şurasının Avrasiya mərkəzinin direktoru, ABŞ-ın Azərbaycanda və Türkiyədəki keçmiş səfiri Ross Uilson çıxış edib: “ Ümumiyyətlə Qafqaz regionu problemlidir. Dünyada Cənubi Qafqazdan daha problemli və vəhşi bir yer düşünə bilmirəm”. Cənubi Qafqaz ölkələrini müqayisə edərkən Uilson qeyd edib ki, Gürcüstanın daha demokratik bir cəmiyyət, iqtisadi islahatlar, rüşvətin azaldılmasına nail olmaqla ciddi irəliləmələr əldə etdi, lakin ərazi bütövlüyü ilə bağlı ciddi problemlər yaşayır. Azərbaycanın isə enerji məsələsində irəliləyiş əldə etməsinə baxmayaraq daxili problemlər yaşadığını vurğulayıb. Keçmiş səfir Ermənistanın gələcəyini hazırda parlaq görmədiyini bildirib.

Səidə