Dünyanın 10 varlı siyasətçisi açıqlandı – Siyahı

dunyanin-10-varli-siyasetcisi-aciqlandi-siyahi
Oxunma sayı: 659

“Qafqazinfo”nun məlumatına görə, “The New York Times” qəzeti dünyanın ən varlı 16 siyasətçisinin siyahısını açıqlayıb.


1. Maykl Blumberq 22 milyard dollarlıq sərvəti ilə “Forbes”in dünya üzrə bölməsində 20-ci yerdə qərarlaşıb. “Bloomberg” informasiya agentliyinin təsisçisi və direktorudur. Siyasətlə 1990-cı illərdən məşğul olur. 2001-ci ildə Nyu-York şəhərinin meri seçilib.

2. Mixail Proxorov 13,2 milyard dollar sərvətə sahibdir. “Forbes”in dünya üzrə bölməsində 58-ci yerdə, Rusiya üzrə bölməsində isə 7-ci yerdə qərarlaşıb. 2011-ci ildən siyasi fəaliyyətlə məşğuldur. 2012-ci il prezident seçkilərində namizədliyini irəli sürüb. Səsvermədə Vladimir Putin və Qennadiy Zyuqanovdan sonra üçüncü yerdə qərarlaşıb. Bu il iyunun 4-də “Vətəndaş platforması” partiyasını yaradıb və rəsmi olaraq oktyabrın 27-dən partiyanın lideri təyin olunub.

3. Bidzina İvanişvili 6,4 milyard dollar varidata malikdir. O, bu sərvəti ilə “Forbes”in dünya üzrə bölməsində 153-cü yerdə, Rusiya üzrə bölməsində isə 25-ci yerdə (2011-ci ilə görə) qərarlaşıb. O, “Rusiya krediti” bankını yaradaraq sərvətini ilk öncə bu bank sayəsində qazanıb. Gürcüstanın siyasi həyatında aktiv şəkildə iştirak etmək üçün Rusiya aktivlərini satıb və Rusiya vətəndaşlığından imtina edib. Hazırda Gürcüstan və Fransa vətəndaşıdır. İvanişvili “Gürcü arzusu” koalisiyasını cari ilin aprelində yaradıb. Oktyabrın 1-də Gürcüstanda keçirilən parlament seçkilərində qalib gəlib. Oktyabrın 25-dən Gürcüstanın baş naziri elan olunub.

4. Silvio Berluskoni 5,9 milyard dollar sərvəti ilə “Forbes”in dünya üzrə siyahısında 169-cu yerdə qərarlaşıb. Əvvəllər sığorta, ticarət və investisiya biznesi ilə məşğul olub. 1994-cü ildə “İrəli, İtaliya” partiyasının lideri seçilib. Üç dəfə (1994 – 1995, 2001 – 2006, 2008 – 2011-ci illər) Nazirlər Kabinetinə rəhbərlik edib.

İtaliyanın Milan Şəhər Məhkəməsi bu il oktyabrın 26-da ölkənin keçmiş baş naziri Silviya Berluskonini maliyyə maxinasiyalarında təqsirli bilərək onun dörd il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. Məhkəmə həmçinin eks-baş nazirin vergi orqanlarına 13 milyon dollar cərimə ödəməli olduğu, eyni zamanda onun üç il müddətində dövlət işlərində çalışmağının qadağan edildiyi barədə qərar çıxarıb.

5. Henri Ross Pero –st 3,5 milyard dollar sərvəti ilə “Forbes”in dünya üzrə siyahısında 314-cü yerdə qərarlaşıb. İki dəfə - 1992 və 1996-cı illərdə ABŞ-da prezidentliyə namizədliyini verib. Lakin siyasətdə uğursuzluğa düçar olub. “IBM” şirkətində top-menecerlərdən biri olub. Daha sonra şəxsi “EDS” şirkətini yaradıb. Bu şirkəti 1984-cü ildə “General motors”a satıb.
Hazırda “Perot Systems” korporasiyasına rəhbərlik edir.

6. Andrey Quriev 3,5 milyard dollar varidatı ilə “Forbes”in dünya üzrə siyahısında 314-cü yerdə, Rusiya üzrə siyahısında isə 29-cu yerdə qərarlaşıb. Hazırda “Fosaqro” şirkətinin rəhbəridir. 2001-ci ildən isə Federasiya Şurasının üzvüdür.

7. Naqib Saviris 3, 1 milyard dollar sərvəti ilə “Forbes”in dünya üzrə bölməsində 367-ci yerdə qərarlaşıb. 2011-ci il aprelin 3-dən “Azad misirlilərin partiyası”nın lideridir.

8. Nəcib Mikati 3 milyard dollar sərvəti ilə “Forbes”in dünya üzrə bölməsində 377-ci yerdə qərarlaşıb. Qardaşı iklə birlikdə “İnvestcom” telekommunikasiya şirkətini təsis edib. 1990-cı ilin sonlarından siyasətlə məşğuldur. 1998-ci ildə Livanın nəqliyyat naziri seçilib. Milli Məclisin üzvü olub. 2000-ci ildə baş nazir vəzifəsinə dəfələrlə namizədliyini irəli sürüb. Yalnız 2005-ci ildə cəmi 3 ay bu vəzifədə çalışıb. İkinci dəfə - 2011-ci il yanvarın 25-də baş nazir təyin olunub.

9. Sebastian Pinera 2,4 milyard dollar sərvəti ilə “Forbes”in dünya üzrə siyahısında 521-ci yerdə qərarlaşıb. Onun əsas aktivi “Chilevision” telekommunikasiya şirkəti olub. 1980-ci ilin sonlarından siyasi fəaliyyətlə məşğul olur. 1990 – 1998-ci illərdə senator olub. Prezidentlik uğrunda ilk dəfə 2005- ci ildə mübarizə aparıb, lakin qələbə qazanmayıb. Növbəti prezident seçkilərində - 2010 –cu ildə prezident seçilib.

10. Ceff Qrin 2,1 milyard dollar sərvətə sahibdir. “Forbes”in dünya üzrə bölməsində 601-ci yerdə qərarlaşıb. 2010-cu ildən siyasi fəaliyyət göstərir.

Digər yerlərdə - Dmitriy Ananyev (1, 8 milyard dollar), Saad Xariri (1,7 milyard dollar), Tom Qolisano (1,5 milyard dollar), Meq Uitmen (1,4 milyard dollar), Devid Con Seynsberi (1,1 milyard dollar) və Aleksandr Lebedev (1,1 milyard dollar) qərarlaşıb.

Aynur