Dünyanın gözü Bakıda...

dunyanin-gozu-bakida
Oxunma sayı: 659

Ənənəyə uyğun olaraq, finalı ötən ilki müsabiqənin qalibi Ell & Nikki dueti “Running Scared” açacaq. Amma Eldar və Nigar tanınmış mahnını bu dəfə fərqli üslubda - milli musiqi alətlərinin müşayiəti ilə təqdim edəcəklər. Açılışda ustad sənətkar Alim Qasımov da səhnəyə çıxacaq.

Açılış performansından sonra səhnəyə britaniyalı müğənni Engelbert Hamperdink,, ardınca Macarıstanın “Compact Disco” rok qrupu, Albaniya təmsilçisi Rona Nişliu, litvalı Donni Montell, Bosniya və Hersoqovina təmsilçisi Maya Sar çıxacaqlar.

Beşinci sırada Rusiyanı təmsil edən “Buranovskiye babuşki” qrupu səhnədə yer alacaq. İslandiya təmsilçiləri Qreta Saloume və Younsi yeddinci, Kiprdən olan İvi Adamu səkkisinci, Fransa təmsilçisi, İndoneziya əsilli pop müğənnisi Anqqun doqquzuncu, İtaliya müğənnisi Nina Zilli onuncudur.

Ardınca “Baku Crystal Hall” səhnəsinə estoniyalı Otta Lepland, Norveç təmsilçisi Tuci çıxacaq. Ev sahibi - Azərbaycanı təmsil edən Səbinə Babayevanın çıxışı 13-cüdür. O, “When the music dies” mahnısını ifa edəcək. Ondan sonra Rumıniyanı təmsil edən “Mandinga” qrupu, danimarkalı müğənni Soluna Samay, Yunanıstan təmsilçisi Elefteriya Elefteriu çıxış edəcəklər.

Bukmekerlərin favoriti - isveçli müğənni Lorinin sıra nömrəsi 17-cidir. Ondan sonra Türkiyə təmsilçisi Can Bonomo, italiyalı iştirakçı Pastora Soler, almaniyalı müğənni Roman Lob, Maltadan olan Kurt Kalleya, makedoniyalı Qaytana və Moldova təmsilçisi Paşa Parfeniy öz performanslarını nümayiş etdirəcəklər.

Səsvermə üçün ayrılmış vaxtda səhnəyə tanınmış müğənni və bəstəkar Emin Ağalarov çıxacaq. Onu səhnədə 68 nəfərlik heyət, eləcə də Azərbaycan Kamera Orkestrinin 15 qadın skripkaçısı müşaiyət edəcək.

“Eurovision-2012”nin qalibi tamaşaçılar və peşəkar münsiflərin səsləri əsasında müəyyənləşəcək.

Bukmekerlərin proqnozlarına görə, finalda qələbəyə ən şanslı namizəd isveçli Lorindir. “Buranovskiye babuşki” ikinci yerdədir. İlk “onluğ”a İtaliya, Bğöyük Britaniya, Serbiya, Rumıniya, İrlandiya, Kipr, Danimarka, Almaniya təimsilçiləri də daxildirlər.

Qalib ölkənin nümayəndəsi keçici mükafatı - xrustal mikrofonu vətəninə aparacaq.

anspress