Dünyanın məşhur moda evinin rəhbəri Bakıda

dunyanin-meshur-moda-evinin-rehberi-bakida
Oxunma sayı: 659

Azərbaycanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, bunun üçün Ermanno Scervinonun adını daşıyan moda evinin rəhbəri Toni Scervinon bu gün Bakıya gələcək. Səfər iki gün davam edəcək.

Qeyd edək ki, məşhur dizayner Ermanno Scervino ilə əməkdaşlıq 2011-ci ildən başlayıb. 2012-ci ildə Londonda keçiriləcək Olimpiya oyunlarında ölkəmizi təmsil edəcək idmançıların formalarının dizaynı üçün Azərbaycan tərəfindən tender elan edilib. Rusiya, Slovenya, İsveçrə və İtaliya arasında keçirilən tenderin qalibi İtalyanlı, adı ilə moda aləmində böyük imzası olan Ermanno Scervino olub. Dizayner Azərbaycanın milli elementlərini hər bir geyimdə göstərib. Mərasim, idman və gündəlik geyimlərlə bərabər, aksessuarlarda da Azərbaycanın bayrağı, gerbi, milli atributları yüksək səviyyədə əks olunub.

Nigar Məmmədli