Dünyanın sonu yaxınlaşır

dunyanin-sonu-yaxinlasir
Oxunma sayı: 663

Birləşmiş Ştatların Milli Aerokosmik Agentliyi (NASA) əməkdaşlarının apardıqları araşdırmalar nəticəsində Şimal Qütbündəki Qrenlandiya adasında 2010-2011-ci illər arasında təxminən 430 milyard kubmetr buzun əridiyi məlum olub. Alimlər adanın qorxunc bir şəkildə əriməyə davam etdiyini bildiriblər
İqlim dəyişikliklərini daim müşahidə altında saxlayan NASA-nın müvafiq alimlər qrupu qeydə alınan ərimə səviyyəsinin həddən artıq çox olduğunu vurğulayıblar.
Mövzu ilə bağlı hazırlanan hesabatda Qrenlandiya və Şimal Qütbünün digər ərazilərində 2006-cı ildən etibarən günəş şüasını əks etdirən buz təbəqəsi və qarın əriməsinin günəş şüalarının daha çox udulmasından dolayı olduğu bildirilərək, beləliklə də iqlim dəyişikliyinin narahatlıq doğuran həddə çatdığı öz əksini tapıb.

azerimuslims.com