Əbülfəs Qarayev xalq artistini işdən çıxardı

ebulfes-qarayev-xalq-artistini-isden-cixardi
Oxunma sayı: 645

Qafqazinfo ANN.Az-a istinadən verdiyi xəbərə görə, bu barədə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev əmr imzalayıb.

Nazirin digər bir əmri ilə nazirliyin Kinematoqrafiya şöbəsində müdir müavini vəzifəsində çalışan Müşfiq Hətəmov “Azərbaycanfilm”in direktoru təyin olunub.

Qeyd edək ki, 1969-cu ildən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çalışan Xamis Muradov 2002-ci ildən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru vəzifəsində çalışırdı.