“Əbülfəs Qarayevə özünü bir insan kimi göstərməyə şans vermişdim”

ebulfes-qarayeve-ozunu-bir-insan-kimi-gostermeye-sans-vermisdim
Oxunma sayı: 643

Nazirlikdən yazarın məktubuna cavab gəldi. Nazirliyin rəsmisi bildirib ki, Seymur Baycan onlara rəsmi məktub yazsaydı, cavab alardı. Bu cavaba Seymur Baycanın da cavabı gecikmədi. Yazar “Qafqazinfo”ya açıqlamasında deyib ki, o Əbülfəs Qarayevə bir yazar kimi açıq formada məktub yazmışdı: “Məktubu oxuyan sənət adamları dedilər ki, sən bizim hamımızın əvəzindən məktub yazmısan. Mən orda həm də ümumi olaraq vəziyyətimizi yazmışdım. Görünür nazirlik məndən otel, ailəvi istirahət mərkəzinin rəhbəri kimi rəsmi məktub gözləyirmiş. Mən onları başa düşürəm. Diplomatik, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin dəsti xəttinə uyğun bir cavab veriblər. Bu cür diplomatik məktubla Mədəniyyət Nazirliyi özünü biabır etdi. Göstərdilər ki, onlar mədəni həyata tam biganədirlər. Əslində mən Əbülfəs Qarayevə özünü bir insan kimi göstərməyə şans vermişdim. Onun başı otellərə, istirahət mərkəzlərinə qarışıb. Cənab nazir jest edə bilərdi. Çünki açıq məktubda da qeyd etdiyim kimi o, Qarayev soyadını daşıyır. Böyük bəstəkar Qara Qarayevin qardaşı oğludur. Mən məktubu bunu əldə əsas tutaraq yazmışdım. Əgər jest etməyi bacarmırsa buna təəssüf edirəm və yəqin ki, yaxın günlərdə bu haqda bir məqalə yazacağam. Bütün hallarda Mədəniyyət Nazirliyinin cavabı insanlıqdan kənar, rişxəndlə verilmiş bir cavab idi”.

Sədan