Əbülfəz Elçibəyin məzarı ziyarət olundu

ebulfez-elcibeyin-mezari-ziyaret-olundu-
Oxunma sayı: 656

Musavat.com reportyorunun verdiyi xəbərə görə, günün müxtəlif saatlarında KXCP üzvləri, AXCP fəalları, daha sonra isə Müsavat partiyası və onun ətrafındakı partiyaların lider və funksionerləri Elçibəyin məzarını ziyarət edib, mərhumun xatirəsini anıb, ruhuna dualar oxuyublar. Daha sonra Elçibəysevərlərin böyük bir hissəsi çay evində toplaşaraq söhbət ediblər.

Qeyd edək ki, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi təşəbbüsü məhz Əbülfəq Elçibəy tərəfindən qaldırılıb. Mərhum eks-prezident bu günü "böyük gün" sayır v dünya azərbaycanlılarını birləşdirəcəyinə inanırdı.