Əcnəbi kişilər niyə azərbaycanlı qızları seçir?

ecnebi-kisiler-niye-azerbaycanli-qizlari-secir
Oxunma sayı: 685

Lakin təxminən 30 il əvvəl vəziyyət başqa cür idi.

Ötən əsrin 80-ci illərin əvvəllərində Rusiya ali məktəblərindən birinin Azərbaycanlı tələbəsi Ukraynalı kurs yoldaşına ərə getdi, yerlilərinin çoxu şok keçirdi. Atası məxsusi olaraq “kafiri” tapıb cəzalandırmaq üçün getdi. İşə rektorluq, dekanlıq, hətta hüquq-mühafizə orqanları müdaxilə etdi.

Ailəsi ona pul göndərməyi kəsdi və həyatlarından sildi. Zaman keçdi, qız və oğlan ailələrini möhkəmləndirdi, üç övlad dünyaya gətirdi, 14 il sonra isə qızın valideynlərinin kəndinə yaşamağa gəldilər. Onlar indiyədək normal yaşayırlar və qızın həyat yoldaşı Azərbaycan dilini başqalarından yaxşı bilir və hətta bu dildə sənədlər yazır.

Kişi cinsindən olan tələbələr üçün “yadlarla” nikah bağlamaq və ailə qurmaq prosesi daha asan idi. Tələbələr, əsgərlər və zabitlər, həmçinin xoşbəxtlik axtarışında vətəni tərk etmiş fəhlələr və tacirlər çox vaxt evlənirdilər və geri qayıtmırdılar.

Əks proses də gedirdi, ölkə çox sayda əcnəbini qəbul edirdi. Belə ki, 19-cu əsrin əvvəllərində çar hökuməti on minlərlə ermənini, əsrin sonlarında isə bir o qədər molokan və almanı daimi yaşayış üçün Azərbaycana köçürdü.

20-ci əsrin 40-50-ci illərində bir neçə şəhər (Sumqayıt, Mingəçevir, Əli-Bayramlı) başqa ölkələrdən on minlərlə qızı cəlb edən komsomol tikintiləri elan edildi.

SSRİ-nin dağılması ilə vəziyyət dəyişdi. Xaricdən neftçilərin və menecerlərin, daha sonra isə adi fəhlələrin Bakıya gəlməsi yerlilərlə daha çox nikah bağlanmasına gətirib çıxardı. İndi Bakıda ölkə vətəndaşları ilə evlənmiş minlərlə qanuni əmək miqrantı yaşayır. Təkcə ötən il Azərbaycan vətəndaşlarının əcnəbilərlə 2,4 min nikahı qeydə alını (əsasən, qadınların).

Azərbaycanlı qızla evli olan Britaniyalılardan biri, üç uşaq atası deyir ki, Xəzər sahilində ezamiyyət onun üçün uğurlu oldu. Yerli qızları gördükdə Qərbdən fərqli olaraq, burada sərbəstlik balansı pozulmayıb, qadınlar təzəcə “öz hüquqları uğrunda müharibə yoluna” qədəm qoyublar və müstəqil kişilərin ailə başçısı olmasına mane olmurlar.

Lakin Azərbaycan ailələrinin ənənəçiliyi ciddi təhlükə qarşısındadır. Elektron KİV və teleseriallar artıq 20 ildir millətlərarası və vətəndaş nikahını təbliğ edir.

Təkcə ötən il ölkədə nikahdankənar uşaqların sayı 30 min 983 nəfər və ya yeni doğulanların ümumi sayının 17,6%-ni təşkil edib.

Rəsmi statistikaya görə, ölkə əhalisinin 91,6%-ni azərbaycanlılar, qalan hissəsini ləzgilər, talışlar, ruslar, türklər, tatarlar, tatlar, avarlar və s. təşkil edir.

1990-cı ildən etibarən 437,3 min nəfər ölkəni birdəfəlik tərk edib, ölkəyə 268,5 min nəfər gəlib. Lakin 2008-ci ildən gələnlərin sayı gedənləri üstələyir./contact.az/