Ədalət “iflasa uğramış” şəxslərlə bir yerdə olmayacaq

edalet-iflasa-ugramis-sexslerle-bir-yerde-olmayacaq
Oxunma sayı: 658

. Həmçinin qeyd olunur ki, bununla bağlı partiya daxilində ciddi fikir ayrılıqları mövcuddur və geniş müzakirələr aparılmaqdadır. Məsələyə təmsil etdiyi qurumun münasibətini açıqlayan “Ədalət”in sədr müavini Mütəllim Rəhimli “Qafqazinfo”ya bildirib ki, Ədalət partiyasının nə AXCP, nə də Rəsul Quliyevin rəhbərlik etdiyi Açıq Cəmiyyət Partiyası münasibətləri məsələsi müzakirə predmetinə çevrilməyib. “Siyasi səhnədə iflasa uğramış və ya bu yolda olan şəxslər və qurumlarla hər hansı müttəfiqlikdən söhbət gedə bilməz”, deyən M.Rəhimli “Ədalət”i gələcəyin partiyası kimi gördüyklərini bildirib.
M.Rəhimli həmçinin qeyd edib ki, Ədalət partiyası parlament seçkiləri ərəfəsində Qüdrət Həsənquliyevin rəhbərlik eidiyi Bütöv Azərbaycan Xalq Cəbhəsi və Fazil Qəzənfəroğlunun sədri olduğu Böyük Quruluş partiyaları ilə eyni blokda olub, seçkilərə birgə qatılıb. “Müəyyən uğurlarımız da var. Biz bu əməkdaşlığı davam etdirmək niyyətindəyik. Fikrimcə, gələcəkdə bu əməkdaşlığın daha irəli gedən formasını tapmaq və vahid gücə çevrilmək mümkündür”, - deyə sədr müavini bildirib.
M.Rəhimli sonda onu da qeyd edib ki, hazırda paralamentdə hər üç partiya və VHP əməkdaşlıq edir, mövqe uzlaşmasını nümayiş etdirməyə çalışır.