Ədalət Şükürov danışıdı - “Xəcalət çəkirəm”

edalet-sukurov-danisidi-xecalet-cekirem
Oxunma sayı: 1382

Əməkdar artist hətta müğənni olduğuna görə xəcalət çəkdiyini deyib: "İndiki zəmanədə, açığı deyim, mən və bir çox həmkarlarım bu sənətdə olduğumuz üçün bəzən xəcalət çəkirik.
Bəzi müğənnilər bu sənətə hörməti ucuzlaşdırıblar. Bir çox incəsənət adamları da belələrinə görə sənətkar adından utanmağa başlayıblar".

Müğənni həmkarlarının ondan çəkindiyini də açıqlayıb.

"Məndən çəkinirlər, çünki mən onlara mənimlə istədikləri kimi danışmaqlarına imkan vermirəm. Bir də ki, şou-biznesdə olanların 90 faizi haqqında, onların şəxsi həyatları, həyat tərzləri barədə məndə məlumat var. Onlar da bunu bilirlər. Hörmətli müğənni olmaq tamam başqadır. Bu, çox çətindir", deyə Ədalət Şükürov qeyd edib.