Ədalət Şükürov və Abbas Bağırovu nə birləşdirir?

edalet-sukurov-ve-abbas-bagirovu-ne-birlesdirir-
Oxunma sayı: 681

“Qafqazinfo”nun “Bunlardan hansı canlı əfsanə ola bilər?” başlığı ilə keçirdiyi sorğu davam edir. Artıq bir həftədir başlayan sorğuda bu vaxta qədər 1319 nəfər iştirak edib. Sorğuda adları göstərilən müğənniləri Röya Ayxan böyük səs üstünlüyü ilə qabaqlayır. Bu günə olan nəticələri təqdim edirik.

Sorğuya 509 səslə Röya liderlik edir. 201 səslə Brilliant Dadaşova ikinci, 128 səslə Aygün Kazımova üçüncü yerdədir. Sonrakı yerlər belə paylaşılır: Zülfiyyə Xanbabayeva (85), Rəqsanə İsmayılova (76), Lalə Məmmədova (54), Safura Əlizadə (45), Nigar Camal (28), Eldar Qasımov (27), Aysel Teymurzadə (27), Faiq Ağayev (22), Elton Hüseynəliyev (21), Nadir Qafarzadə (21), İradə İbrahimova (18), Ramal Hüseynov (14), Ayaz Qasımov (12), Zamiq Hüseynov (11), Ədalət Şükürov (10), Abbas Bağırov (10).

Qeyd edək ki, sorğu iki həftə davam edəcək. Sorğuda iştirak etmək üçün hər ip-dən gündə bir dəfə səs vermək mümkündür. Səsvermədə iştirak etmək istəyənlər saytda yerləşdirilən sorğu rubrikasına müraciət etməlidirlər.

Nigar Məmmədli