Ədalət Şükürovun partladılan dodağının söhbəti şişir

edalet-sukurovun-partladilan-dodaginin-sohbeti-sisir
Oxunma sayı: 772

Müğənni özü baş verənlər haqda bunları deyib: “İyunun 11-də yaxın dostlarımın toy məclisində mahnı oxuyarkən qonaqlardan birinin gözlənilməz hücumuna məruz qaldım. Qəfildən məni vurdular və dodağım partladı. Əlbəttə ki, mən bunu cavabsız qoymadım. Lakin ətrafdakı insanlar bizi ayırdılar. Səhəri gün həmin şəxslər məndən üzr istədilər, hadisəni sərxoş olduqları üçün törətdiklərini bildirdilər. Bununla da məsələ qapandı. İllərdir toylarda çıxış edirəm, başıma belə hadisə ilk dəfə gəlir.”

“Azadliq” qəzeti isə yazır ki, sözügedən toy məclisinə iki müğənni dəvət edilib. “Brilliant Dadaşova və Ədalət Şükürov. Ədalət Şükürovu məclisə toy sahibinin yaxın dostu dəvət edib. Həmin şəxs də sahibkarlıq fəaliyyəti ilə məşğul olur və bəzi məlumatlara görə, prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovla şərikli biznesi var. Ədalət Şükürovu toya dəvət edən məclis sahibinin dostu bir neçə dəfə müğənniyə mahnıları canlı səslə oxumaq barədə sifariş göndərib. Lakin müğənni Bəylər Əyyubovun şəriki olduğu bildirilən sahibkarın sifarişinə məhəl qoymayaraq fonoqram oxumağa davam edib. Bundan bərk qəzəblənən toy sahibinin dostu Ədalət Şükürovu cəzalandırmaq qərarına gəlib. Və toyun gedişində qəfildən müğənniyə yaxınlaşaraq onu əzişdirib. Bundan sonra isə Ədalət Şükürovu toydan qovub”.
Dünən dəfələrlə Ə.Şükürovun mobil telefonlarına zəng etsək də, zənglərimizə cavab verilmədi.