“Bədən ölçülərim bir az böyükdür” - Fotolar

beden-olculerim-bir-az-boyukdur-fotolar
Oxunma sayı: 643

Kübarlığa üstünlük verən Lətifə “Qafqazinfo” ya açıqlamasında xarici görünüşünə xüsusi önəm verdiyini dilə gətirib: “Baxmayaraq ki, bədən ölçülərim bir az böyükdür. Ancaq mən hər zaman özümə yaraşan paltarları geyinməyi üstün tuturam. Düşünürəm ki, səhnədə olan qadın müğənnilər bir az kübar olmalıdır. Axı tamaşaçıların könlünə tək musiqi ilə deyil, geyimlə də oxşamalısan. Uzun və gecə libaslarını daha çox sevirəm”.

Opera sahəsində fəaliyyət göstərən Lətifə həyat yoldaşının onun geyimlərinə müdaxilə etməməsini də gizlətmədi: “Dəniz heç bir geyimimə etiraz etmir. Yəqin buna səbəb mənim nə geyindiyimi yaxşı bildiyimdir. Axı mən də libaslarıma qarşı çox diqqətliyəm. Geyimimdə heç bir problem olmadığı üçün onunla bu mövzuda mübahisələrimiz yaranmır. Məsələn mən uzun libasdayamsa dekolte geyinməyim problem yatarmır. Ancaq əgər mini ətək geyinmişəmsə, gərək dekoltem olmasın. Həm mini həm də dekoltem bir arada olsa, həm yoldaşımla problem yaşayaram, həm də özümü narahat edər. Açıq geyinmək mənim tərzim deyil”.

Aynur B.