Bədəninə 12 milyon təklif etdilər

bedenine-12-milyon-teklif-etdiler
Oxunma sayı: 4980


Bir müddət öncə kürəyini sığortalamaq istəyən Türkiyənin cazibədar müğənnilərindən biri və azərbaycanlı kişilərin sevimlisi olan Ebru Polatın, nəhayət,arzusu reallaşıb. 

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kate Uptonun 20 milyon dollara bədənini sığortalatması müzakirə olunarkən tanınmış sığorta şirkətlərindən birinin səlahiyyətli nümayəndəsi canlı yayıma zəng edərək Ebru Polatın bədənini 12 milyon dollara sığortalatmak istədiklərini və sənətçini çox bəyəndiklərini bildirib. Polat isə "Dəstəyi asın, sabah sizinlə əlaqə saxlayacam" deməklə kifayətlənib.

Qeyd edək ki, sənətçi tanınmış iş adamının ad günündə iştirak etmək üçün azərbaycanlı pərəstişkarı tərəfindən təşkil edilən özəl təyyarə ilə Bakıya təşrif buyuracaq.

Xatırladaq ki, bir ara mətbuatda Ebru Polatın sevgilisinin azərbaycanlı olduğu barədə məlumatlar yayımlanmışdı.