Eduard Şevardnadze İlham Əliyevi təbrik etdi

eduard-sevardnadze-ilham-eliyevi-tebrik-etdi
Oxunma sayı: 661

Trend -in cümə günü Prezidentin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, Eduard Şevardnadze dövlətimizin başçısını anadan olmasının 50 illiyi münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

Dövlətimizin başçısı təbrikə və diqqətə görə Eduard Şevardnadzeyə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Eduard Şevardnadzenin ulu öndərlə dostluq münasibətləri məmnunluqla xatırlanıb.