BƏƏ-də 44 avtomobil toqquşdu - 22 yaralı + Fotolar

BƏƏ-də 44 avtomobil toqquşdu
Oxunma sayı: 968

Birləşmiş Ərəb Əmirliklərində 44 avtomobilin iştirakı ilə ağır yol qəza hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” yerli polisə istinadən məlumat yayıb.

Məlumata əsasən, insident Dubay-Əbu Dabi sürətli magistral yolunda qeydə alınıb. Qatı duman səbəbindən yüksək sürətlə hərkət edən iki avtomobil toqquşub. Daha sonra isə digər maşınlara dəyiblər. Hadisə nəticəsində 22 nəfər xəsarət alıb.

Polis sürücülərə pis görmə şəraitində avtomobili yolun kənarında saxlayaraq gözləməli olduqları barədə xəbərdarlıq edib.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi