BƏƏ-də qadından qəribə boşanma ərizəsi

bee-de-qadindan-qeribe-bosanma-erizesi
Oxunma sayı: 3733

Birləşmiş Ərəb Əmirliklərinin qadın sakini məhkəməyə qəribə boşanma ərizəsi ilə müraciət edib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Khaleej Times” nəşri yazıb.

Buna səbəb qadının ərinin “hədsiz məhəbbətinə” dözməməsi olub. Qadını evlilik həyatında ərinin heç vaxt onun üstünə çığırmaması, onunla mübahisə etməməsi və həmişə mehriban davranması qane etməyib. Qadın yardım istəmədiyi halda, əri ev işlərində ona kömək göstərib, hətta yemək hazırlayıb.

Ər isə hesab edir ki, heç bir pis iş görməyib, yalnız ideal həyat yoldaşı olmaq istəyib. Hakim cütlüyə barışmaq şansı vermək məqsədilə işə baxmağı təxirə salıb.