BƏƏ-dən Türkiyəyə siyasi mesaj - Nazir Ermənistana getdi

bee-den-turkiyeye-siyasi-mesaj
Oxunma sayı: 694

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) “Körfəz böhranı”nda Qətərə dəstək verən Türkiyəyə cavab olaraq Ermənistanla əlaqələr qurmağa başlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah Bin Zayed Əl Nəhya bu gün Ermənistana səfər edib.

Əl Nəhya “erməni soyqırımı” abidəsinin qarşısına da çələng qoyub.

Səfər çərçivəsində qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunacaq.