Əflatun Amaşov “Ali Media Mükafatı” verir

eflatun-amasov-ali-media-mukafati-verir
Oxunma sayı: 684

Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə “Media forum”a deyib ki, Ali Media Mükafatının laueratları tədbirdə açıqlanacaq: “Bütün təşkilati məsələlər həll olunub. Tez bir zamanda dəvətnamələr də paylanmalıdır”.

Hər il Azərbaycan Jurnalistikası Günü ərəfəsində təqdim edilən Ali Media Mükafatını ötən ilin iyununda Mətbuat Şurası təsis edib. Üç dərəcə üzrə təqdim olunan mükafat birinci dərəcə üzrə 1, ikinci dərəcə üzrə 3, üçüncü dərəcə üzrə 5 laureata verilə bilər. Laureatlar şuranın diplomu və İdarə Heyətinin nominasiyalar üçün müəyyənləşdirdiyi pul mükafatları ilə təltif olunurlar.