Əflatun Amaşov beynəlxalq təşkilata sədr seçildi

eflatun-amasov-beynelxalq-teskilata-sedr-secildi
Oxunma sayı: 651

Ölkələr və toplumlar üzrə yerli komitələr də formalaşdırılıb. Yerli komitələrin sədrləri avtomatik olaraq Koordinasiya Şurasının üzvü seçiliblər.

Prosedur qaydalarına əsasən, II Forum Azərbaycanda keçirildiyinə görə Əflatun Amaşov Türkdilli ölkələrin və toplumların Media Birliyinin sədri seçilib.

Aparıcı KİV-lər, o cümlədən Trend Beynəlxalq İnformasiya Agentliyi, Mətbuat Şurası, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu (KİVDF), Azərbaycan Jurnalistlər Birliyi Azərbaycan üzrə yerli komitəyə üzv seçiliblər.

Daha sonra Koordinasiya Şurasının üzvlərinin adı açıqlanıb.

Bakıda oktyabrın 28-də Türkdilli ölkələrin və toplumların II Media Forumu öz işinə başlayıb.

Trend-in məlumatına görə, tədbirin təşkilatçıları Azərbaycan Mətbuat Şurası və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondudur.

Foruma Azərbaycanla yanaşı Türkiyədən, Qazaxıstandan, Qırğızıstandan, Özbəkistandan, Türkmənistandan, Şimali Kipr Türk Cümhuriyyətindən, Rusiya Federasiyasının Tuva, Saxa, Xakasiya, Kabardin-Balkar, Qaraçay-Çərkəz, Tatarıstan, Başqırdıstan respublikalarından, Ukraynanın Krım Muxtar Vilayətindən, Moldovanın Qaqauz Muxtar Ərazisindən, Avropada türklərin kompakt məskunlaşdığı bölgələrdən - Bolqarıstandan, Yunanıstandan, Makedoniyadan, İraqdan və Kosovadan nümayəndələr qatılıblar.