Əfqanıstanda döyüşlər səngidi

efqanistanda-doyusler-sengidi
Oxunma sayı: 635

“Qafqazinfo”nun “İnterfaks”a istinadən xəbərinə görə, məlumatı jurnalistlərə Əfqanıstan polisinin nümayəndəsi Həşmətullah Sanikzay verib.

Polis təmsilçisi deyib ki, Əfqanıstan parlamentinin yerləşdiyi ərazidə döyüşlər bitib. Sağ qalan sonuncu “Taliban”çı müqavimət göstərib və yerindəcə öldürülüb. Kabil polisinin təmsilçisi Həşmətullah Sanikzay deyib ki, parlament rayonu terorrçuların sonuncu müqavimət göstərdiyi yer idi.

Bir qədər əvvəl isə NATO silahlı qüvvələrinə məxsus helikopterin terorçuların yerləşdiyi ərazini bombaladığı xəbər verilib.

Avropa Birliyinin xarici siyasət komissarı Ketrin Eşton Əfqanıstanda baş verən son hadisələrin müzakirə olunduğunu və kommunyuke qəbul olunduğunu deyib.