Əfsanə öldü - Video

efsane-oldu-video
Oxunma sayı: 633

Gün.Az-ın Lenta.Ru-ya istinadən verdiyi xəbərə görə, xəbəri Associated Press agentliyi aktyorun qohumlarının məlumatına əsasən yayıb.

Aktyor Los-Ancelesdəki xəstəxanaların birində ay yarımlıq müalicədən sonra həyata vida edib.

İyulun 13-də ürəyi dayandığı üçün məşhur ulduz xəstəxanaya yerləşdirilib. Hadisə yerinə tez bir zamanda yetişən tibb işçiləri M.Dunkanı reanimasiyaya aparıblar, orada aktyorun ürəyi yenidən işə düşüb. Ancaq onun orqanizmi xəstəliklə mübarizəyə yenə də tab gətirə bilməyib.

2 metrlik boya və 130 kq-dan artıq çəkiyə malik olan M.Dunkan Çikaqo klublarında mühafizəçi, Los-Ancelesdə qoruyucu işləyib. Kinoya gedən yolu də mühafizəçi rolundan başlayıb.

Çəkildiyi ən böyük Hollivud filmi 1998-cil ildə lentə alınan “Armageddon”dur. İki il sonra Bryus Uillislə tanış olan M.Dunkan “Yaşıl mil” filmində məhbus roluna dəvət alır. Bu işinə görə ona “Oskar” və “Qızıl qlobus” mükafatları verilib.

Aktyor bundan əlavə, “Doqquz yard”, “Əqrəblər şahı”, “Günahlar şəhəri” və digər filmlərdə də çəkilib.