Əfsanəvi futbolçu intihar etdi

efsanevi-futbolcu-intihar-etdi-
Oxunma sayı: 644

1963-cü ilin avqust ayında Bundesliqa tarixinin ilk qolunu “Werder Bremen” qapısına vuran “Borussia Dortmund”un əfsanəvi futbolçusu Timo Koneska “Exit” adlı eftanaziya klinikasında intihar edib. “Bild” qəzetinin məlumatına görə, uzun müddətdir xərçənq xəstəliyindən əziyyət çəkən 73 yaşlı veteran futbolçu yazdığı məktubda intihar etməsinə köməklik göstərən “Exit” klinikasına öz təşəkkürünü bildirib. “Çox xöşbəxtəm. Sadəcə həyat yoldaşım Klaudia və övladlarıma görə narahatam. Çəkdiyim ağrılara görə başqa yolum qalmayıb. Başsağlığı göndərməyə ehtiyac yoxdur. Öz istəyimlə cənazəm tez götürüləcək. Məni anlayışla qarşılamanızı ümid edirəm”.

Qeyd edək ki, “Borussia Dortmund” formasıyla 121 qol vuran Konesko 1963-cü ildə komandasına çempionluq qazandırıb.

anspress