Əfşar Süleymaniyə açıq - məktub

efsar-suleymaniye-aciq-mektub
Oxunma sayı: 753

Yəqin ki, bilirsiniz. Hər kəsin öz yazı üslubu, dəsti-xətti olur. Birinci yazı və ikinciyə yazdığınız şərhləri məhz sizin yazdığınza şübhə etmirəm. Şərhləriniz olduqca üzücüdür, çünki siz yazmısınız. Cavab məqaləsini isə məhz sizin diqtənızlə bir başqası yazmışdır. Üslub sızə məxsusdur, cümlələrin tərtibatını isə ikinci şəxs etmişdir, nə isə... ALLAH köməyiniz olsun, hər necə olsa da İİR-də yaşayan 35 milyon soydaşlarımdan birisiniz. Birinci yazı da əzəli əbədi torpaqlarımızda yaradılmış İran adlanan ölkədə ki, azərbaycanlıların sayını 25 milyon göstərmişdiniz, bu yazıda ısə İİR-ın BMT- yə təqdim etdiyi saxtalaşdırılmış statistik məlumatlara əsaslanaraq sayımızın 19, hətta 11 miyon olduğunu iddia edirsiniz.Fikirləşin, sizə Fars dəyirmanına su tökən sapı özümüzdən olan balta deməyim, bəs nə deyim ?

İrad tutrsunuz ki, indi səfir olmadığınız halda sizə niyə cənab səfir deyə müraciət edirəm. Biləsiniz ki, sivil – dünyəvi ölkələrdə İnsanlara xoş olsun deyə pensiyadan əvəllki vəzifəsinə uyğun ( heç də hamı üçün yox ) müraciət edirlər : cənab prezident, cənab nazir, cənab səfir və s., başa düşdüm ki, sizi bu şərəfə layiq görməkdə səhv etmişəm.Yaşca sizdən böyük olduğumu bildiyinizə baxmyaraq, yazdırdığınız məqalənin adlndan sonadək mənə sən, sən deyə müraciət etmisiniz. Bu məni həm narahat edir, həm də yox. Kim olmağınızdan asılı olmayaraq 50 milyon soydaşlarımdan birisiniz. Siz iki yerdə sətir altı olsada da məni təhqir etməklə, tərbiyəsiz, düşüncəsiz və s. , adlandırmısınız. Mən öz tərbiyəmə, düşüncəmə, sizə olan sayğılarıma söykənməklə sizə cənab səfir, cənab Ə. Süleymani, siz deyə müraciət etmişdim, hətta yazı üslubu imkan verdikdə siz kəlməsini böyük hərflə yazmışdım. Deyin görək kimdir tərbiyəziz, düşüncəsiz? !... Şərhə ehtiyac görmürəm....

Siz fars dilində təhsil aldığınızdan mənim də rus dilində təhsil aldığımı düşünürsünüz. Nəzərinizə çatdırım ki, orta məktəbdə, Bakı Dövlət Universitetində( fizika kimi ən çətin fakultəni fərqlənmə ilə bitirmişəm ), hətta aspiranturada belə azərbaycan dilində təhsil almışam. Rus dilindən azərbaycancaya mükəmməl tərcümələrim var. Rus dilində yazılmış kitab və ya qızeti azərbaycanca oxumağı bacarıram. . .

Səfir işlədiyiniz dövrdə, vəzifə borcunuzu yerinə yetirməklə gördüyünüz işləri sadalamaqla sən harda idin, sən harda idin deyə Xalqımıza lütfkarlıqla xidmət etdiyinizi vurğulamaq istəmisiniz.Bütün bunlar diletantlara hesablanmışdır. Ermənidən də hiyləğər olan fars sözdə Ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyyini bildirir, işdə isə bunun tam əksini edir.

İİR-ın Ölkəmizdə ki, səfirliyi əməkdaşlarının, zamanında sizin, İmam Xomeyni adına İmdad Komitısinin gördükləri çox şaxəli işlərlə, eləcə də, Ölkəmizdə ki, çox saylı muzdlularının “ məhsuldar əməklərindən “ faydalanmaqla ermənilərə göstərdikləri hər tərəfli köməklikləri ört-basdır etməkdədirlər. Siz sadaladığınız işlərdən bircəsini ağalarınızın xeyir duası olmadan etsə idiniz dərhal Azərbaycan dan çıxarılardınız.

İndi isə az da olsa mən harda idim suallarınıza cavab verim. 1987-1990 –cı illərdə Əlcəzair Respublikasının Ohran şəhərində ki, Texnoloji Universitetdə ali fızıka kurslarını fransız dilində tədrislə məşğul idim. Hətta fransız dilində dərslik də yazdım. . . Ölkəmizə qayıtdıqdan xeyli sonra özünü konstruktiv müxalifət kimi təqdim etməyə cəht edən ADP və sonra Ədalət partiyasında siysi rəhbərlik də təmsil olunmuşam. Uzun müddət Ədalət Partiyasının Siyasi Şurasının üzvü kimi fəaliyyət göstərmişəm. “Politika”, “Politika 21-ci əsr” qəzetlərində olduqca tənqidi məqalələr yazdım. . .

2006-2011 – ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komıssıyasında Ədalət partiyasını şərəf və ləyaqətlə təmsil etdim. Hal hazırda

MSK –dan pensiyaya çıxmışam və düşündüyünüzdən fərqli olaraq DAK da İcra Aparatının Rəhbəri vəzifəsini təmənnasız yerinə yetirirəm.

Son olaraq. . . məndən soruşursunuz ki, Sabir Rüstəmxanlının vəkiliyəmmi ?

İstərdim biləsiniz ki, mən vəkil yox, DAK İcra Aparatının Rəhbəriyəm. Siz və siz qəbildən olanlara DAK həmsədrləri deyil, DAK İcra Aparatının, yaxud da Mətbuat Xidmətının Rəhbərliyi cavab verməlidiir. Bütün bunları başa düşəcək səviyyədə olsa idiniz məni vəkil adlandırmazdınız. . .

Nədənsə mərhum Prezident Heydər Əliyevlə bağlı bir olayı xatırladım. 1993-cü il 23 iyunda AR Ali Sovetinin növbədən kənar sessiyasında Naxçıvanın Zeynəddin kəndindən olan müsavatçı İbrahim Zeynəddinli Heydər Əliyevə kobud cavab verdi. H. Əliyev yarı ciddi, yarı zarafatyana dedi ki, İbrahim Mən böyük siyasətlə məşğul olanda sən Zeynəddin kəndinin palçıqlı küçələrində ayaqyalın ortası açıq şalvarda o tərəf bu tərəfə qaçırdın. Mən indi də böyük siyasətlə məşğulam, sən isə siyasətdə hələki cocuqsan. İİR-ın səfirləri də sizin gününüzdədirsə, onda vay molların halına.

Düşünürəm ki, fərqimizin nə qədər böyük olduğunu anladınız. Bu cavabı yazmaqla, təbii ki, özümü sizin səviyyənizə endirdiyimin fərqindəyəm. Sadəcə olaraq, oxuclarımı qayğılandırmamaq xatirinə yazdım. . . Bundan sonra yazacaqlarınızı cavablandırmağı əhəmiyyətsiz ış hesab edirəm. . .

P. S. : Dağ talişina. Çoxda canfəşanlıq etməyın. Azərbaycan Dövləti övladlarınızın talış dilində ibtidai təhsil almasına şərait yaradıb. İnanın ki, talış dilində dərs deyəcək müəllimləriniz olsa, Dövlətimiz bunu da edər. Sevinin ki, hüquq və azadlıqlqrınızı ən yüksək səviyyədə təmin edən, Hüquqi, Demokratik, Dünyəvi Azərbaycan Dövlətinin ərazisində yaşayırsınız. İranda olsa idiniz talış kimi yatıb yuxudan fars kimi oyanardınız. Dediklərım Ölkəmizdə yaşayan az saylı xalqların hamısına aiddir.

P. S. Səhvlərimi tutan soydaşlarıma. İnanın ki, bu məqalə kompyüterdə özümün yazdığım 2-ci yazıdır, onlar gözdən yayınan səhviərdir. Cəhd edin görün yaza biləcəksinizmi? Dırnaq arasında yazılmiş tərbiyəli sözü tərbiyəsiz kimi oxunur, eləcə də ser sözü.



DAK İcra Aparatının Rəhbıri

Fizika üzrə Fəlsıfə Doktoru

Oktay Hümbətli