“Əgər Azərbaycan və Ermənistan arasında müharibə başlasa...”

eger-azerbaycan-ve-ermenistan-arasinda-muharibe-baslasa
Oxunma sayı: 638

“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, bu sözləri Avropa Parlamentinin üzvü, Litvanın sabiq prezidenti Vitautas Landeberqie deyib.

Onun sözlərinə görə, Azərbaycan Gürcüstanın səhvini təkrarlamamalı, dözümlü, sakit addımlar atmalı, beynəlxalq təşkilatlarla əlaqələri gücləndirməli və onları müntəzəm olaraq Qarabağ münaqişəsi ilə məlumatlandırmalıdır: “Əgər Azərbaycan və Ermənistan arasında müharibə başlasa, bundan sadəcə üçüncü tərəf qazanacaq. Çünki həmin tərəf hər iki ölkəyə silah və döyüş sursatları satacaq. Bu münaqişənin hərbi yolu yoxdur, beynəlxalq hüquq prinsipləri əsasında ancaq dinc həlli mümkündür”.


Səidə