Əgər İran həqiqətən də...

eger-iran-heqiqeten-de
Oxunma sayı: 660

İran parlamenti sədri Əli Laricaninin Dağlıq Qarabağ münaqişəsinin həllində Tehranın vasitəçilik təklifini şərh edən Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov ANS-ə bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə ATƏT-in Minsk qrupu məşğul olsa da, təəssüf ki, hələlik uğurlu nəticə əldə edilə bilməyib. Əli Əhmədov bununla belə 3 böyük dövlətin daha böyük imkanalarının olduğunu da qeyd edib.

Qonşu İran dövlətinin münaqişənin həllində vasitəçilik təklifinə gəlincə isə, o hesab edir ki, əgər İran həqiqətən də Dağlıq Qarabağ münaqişəsinin həllinə əhəmiyyətli təsir göstərəcəksə, bu işə çox böyük töhfə ola bilər .