“Əgər siz ermənilərə dözə bilmirsinizsə, mən erməniyəm” - Saakaşvili

eger-siz-ermenilere-doze-bilmirsinizse-men-ermeniyem-saakasvili
Oxunma sayı: 641

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, belə bir bəyanatla Gürcüstan prezidenti Mixail Saakaşvili ABŞ-da Reyqan fondunda baş tutan tədbirdə çıxış edib.

Onun sözlərinə görə, ölkəsində bütün etnik qrupların vətənpərvərlik və bərabər hüquqlu yaşaması Gürcüstanın müvəffəqiyyətini təmin edir: “Belə bir informasiya yayılır ki, Saakaşvili erməni, yəhudi, katolikdir. Buna bir cavabım var - əgər siz azərbaycanlılara dözə bilmirsinizsə, mən azərbaycanlıyam, əgər siz ermənilərə dözə bilmirsinizsə-mən erməniyəm, əgər siz yəhudiləri sevmirsinizsə, o zaman siz heç bir yerdə məndən daha artıq yəhudi tapa bilməzsiniz. Bu, mənim vətənpərvərliyimdir, bu, Gürcüstanın uğurunu təmin edir, çünki biz bu qrupları birləşdirə bildik”.