“Əhalinin həyat səviyyəsi gündən-günə yaxşılaşır”

ehalinin-heyat-seviyyesi-gunden-gune-yaxsilasir
Oxunma sayı: 813

“Qafqazinfo”nun məlumatına görə, Amerika Ticarət Palatasının təşkil etdiyi işgüzar naharda çıxışı zamanı fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib. O bildirib ki, FHN fövqəladə hallar sahəsində təcrübəyə malik ölkələrlə, həmçinin ABŞ-la, beynəlxalq təşkilatlarla əməkdaşlıq qurub: “Onların təcrübələrinin öyrənilməsinə xüsusi əhəmiyyət veririk. Kadrların təcrübəsinin artırılması üçün əməkdaşlar beynəlxalq treninqlərə, ali təhsil müəssisələrinə göndərilib. Azərbaycan ərazisində zəlzələ, sel, daşqın nəticəsində iqtisadiyyata müəyyən zərər dəyir. Bu tədbirlər nəticəsində biz təbii fəlakətlərin, fövqəladə hadisələrin ətraf mühitə təsirinin azaldılmasına, bu hadisələr zamanı insan tələfatının səviyyəsinin minimuma endirilməsinə nail olmuşuq. Buna baxmayaraq, bu sahədə görüləsi işlər çoxdur və bunları görməyə çalışacağıq”.

K. heydərov bildirib ki, son illər inkişaf edən Azərbaycan iqtisadiyyatında iri infrastruktur layihələri həyata keçirilir, ölkə iqtisadiyyatına külli miqdarda investisiyalar cəlb olunur. Həmçinin, ölkədə aparılan iqtisadi islahatlar nəticəsində dinamik inkişafın təkcə neft sektorunda deyil, qeyri-neft sektorunda da qeydə alındığını deyib: “Əhalinin həyat səviyyəsi gündən-günə yaxşılaşır. Mövcud infrastruktur müasir avadanlıqlarla təchiz olunur. Ölkə əhalisinin təhlükəsizliyinin təmin edilməsi dövlətin prioritet istiqamətlərindən birinə çevrilib”.

Nigar