“Bəhanə axtarırlar ki, qaçsınlar”

behane-axtarirlar-ki-qacsinlar
Oxunma sayı: 645

Həmin bəyanatda qeyd olunur ki, Dağlıq Qarabağın statusu müəyyənləşməyənə qədər erməni icması azərbaycanlı icma ilə görüşə getməyəcək. N.Məmmədov deyib ki, Ermənistan rəhbərliyi beynəlxalq ictimaiyyət və Minsk Qrupu həmsədrlərinin təzyiqləri altında danışıqlara gedir, özlərini konstruktiv göstərməyə çalışırlar.

«Amma son məqama gələndə hər hansı bir bəhanə axtarırlar ki, danışıqlardan qaçsınlar», - deyə PA-nın şöbə müdiri qeyd edib.

Noyabrın sonunda Berlində Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının görüşü planlaşdırılsa da, son məqamda ermənilər iştirakdan imtina ediblər. /Trend/