Əhməd Əhmədzadə imtina etdi

ehmed-ehmedzade-imtina-etdi
Oxunma sayı: 771

Məhz bu sərəncamla daşqınların nəticələrinin aradan qaldırılması üçün dövlət büdcəsindən 300 milyon manat vəsait ayrılıb. “Qafqazinfo”nun məluçatına görə, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı “sel sərəncamı”nın yerinə yetirilməsi vəziyyəti ilə bağlı ictimai müzakirə keçirməyi qərara alıb. 19 iyulda düzənlənəcək “Kür daşqınları ilə bağlı sərəncamdan ötən bir il; xərcləmələr, görülən işlər və mövcud problemlər” mövzusunda toplantıda iştirak üçün aidiyyat dövlət qurumlarına, QHT- lərə, KİV- ə və s. dəvət göndərilib.

Qərargah bildirib ki, QHT- lərlə əməkdaşlıqdan, münasibətlərin inkişaf etdirilməsindən sözdə bol- bol danışan Meliorasiya və Su Təsərrüfatı İdarəsi ASC- nin rəhbərliyi konfransda iştirak etməkdən imtina edib. Belə ki, konfransda iştirakla bağlı dəvətnaməni sözü gedən idarənin dəftərxanası qəbul etməyərək bildirib ki, rəhbərliyin xüsusi göstərişidir ki, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahından gələn hər hansı məktubu və ya dəvəti qəbul etməyək (!?). Məsələyə münasibət bildirən “Kür” Qərargahının koordinatoru Oqtay Gülalıyev bildirib ki, dünyanın heç yerində vəzifəli şəxsin vətəndaş və ya QHT- nin dəvət məktubunu qəbul etməmək, açıb həmin məktubu oxumamaq praktikası yoxdur; “Bu yanaşma 18- ci əsr feodal düşüncə tərzidir. Onların tədbirə qatılmamaq istəyi başa düşüləndir”.

Xatırladaq ki, 2003- 2010- cu illər ərzində Azərbaycanda su təsərrüfatı sisteminin idarə olunması, bəndvurma və sahil bərkitmə işlərinin yerinə yetirilməsi, Kür- Araz çaylarının lildən təmizlənməsi və s. istiqamətdə ayrılan vəsaitlərin xərclənməsi ilə bağlı “Kür” Qərargahının informasiya sorğusuna Meliorasiya və Su Təsərrüfatı İdarəsi ASC- nin sədri Əhməd Əhmədzadə tam cavablandırmadığı üçün Qərargah tərəfindən məhkəməyə verilib.