Əhmədinejad Bəşər Əsədə qarşı çıxdı

ehmedinejad-beser-esede-qarsi-cixdi
Oxunma sayı: 636

“Qafqazinfo”nun məlumatına görə, “Media forum” saytı bildirir ki, son 6-7 ayda ilk dəfə olaraq İran rəhbərliyi Suriya hakimiyyəti haqqında tənqidi fikir söyləyib.
“Media forum”un məlumatına görə, sentyabrın 7-də Portuqaliya televiziyalarından birinə müsahibə verən İran prezidenti deyib: “Hərbi yol heç vaxt düz deyil. Ona görə də tərəflər problemi danışıqlar yolu ilə həll etməlidir. Mən Suriya rəhbərliyinə islahat yolu tutacağı halda hər bir dəstəyi verməyə hazıram. Suriya hökuməti xalqın azadlıq, ədalət haqqını, xalqın özünə hörmət istəmək haqqını tanımalıdır”.
Mahmud Əhmədinejad NATO-nun Liviyada keçirdiyi əməliyyatları xatırladaraq başqa ölkələri, o cümlədən ABŞ-ı Suriyadakı daxili diskussiyalara müdaxilədən çəkinməyə çağırıb.