Əhmədinejad dünyanı çaşdırdı

ehmedinejad-dunyani-casdirdi
Oxunma sayı: 670

“Mehr” Xəbər Agentliyinin məlumatına görə, Rusiyanın “Today” televiziyasına müsahibə verən Əhmədinejad, “Biz bir neçə səbəbdən nüvə silahı istəmirik. Bu sılah insanlığa ziddir. Dini inancımıza görə də nüvə silahının əleyhinəyik. Dinimiz bunları haram buyurur və biz də dindar bir xalıq”, deyib.
İran prezidenti 21-ci əsrdə nüvə silahının əldə etməyin maliyyə itkisindən başqa bir iş olmadığını bildirib. Əhmədinejad həmçinin qeyd edib ki, bu silahlar sahibləri üçün təhdidə dönür.
Əhmədinejad bu günə qədər nüvə silahına mailk olan heç bir ölkənin bundan faydalanmadığını dilə gətirib: “ABŞ-ın nüvə silahı və nüvə bombaları var. İraq və Əfqanıstanda qələbə qazana bildimi? Nüvə silahı SSRİ-nin süqutunun qarşısını ala bildimi? İsrail Livan və Qəzzada müvəffəqiyyət qazana bildimi?”
İran lideri nüvə silahının ötən əsrin savaş aləti olduğunu bildirib.