Əhmədinejada yəhudi şirniyyatları hədiyyə verildi

ehmedinejada-yehudi-sirniyyatlari-hediyye-verildi
Oxunma sayı: 689

“Qafqazinfo”nun Erəmənistan mətbuatına istinadən verdiyi məlumata görə,
qəzet rəhbərliyi “Warwick” hotelində dincələn iranlı prezidentə ən ləzzətli yəhudi şirniyyatlarından ibarət hədiyyə səbəti göndərib.

Məlumata görə, hədiyyə səbətinin içərisində “Manişeviç” şirkətinin istehsal etdiyi hazır şorba, içi doldurulmuş balıq, hisə verilmiş balıq, beyqel (xüsusi yəhudi bulkusu) və bir çox şirniyyatlar olub.

Bundan əlavə, Əhmədinejada üzərində “I♥ NY” (“I Love New York”) yazılmış şalvar da hədiyyə edilib.

Hədiyyələr içərisində ən diqqəti cəlb edən isə 11 sentyabr hadisələrini əks etdirən şəkillər olub.

Qəzet bu şəkilləri İran prezidentinə göndərərək “M.Əhmədinejad 11 sentyabr hadisələrini inkar etməyi xoşlayır. Bu şəkillərin hesabına o hadisəni yenidən xatırlama şansı olacaq” ismarıcını yollayıb.