Əhmədli işıqsız qaldı, zənglərə cavab verilmir

ehmedli-isiqsiz-qaldi-zenglere-cavab-verilmir
Oxunma sayı: 645

Sakinlərin “Qafqazinfo”ya verdikləri məlumata görə, qəsəbədə artıq bir neçə gündür ki, işığın verilməsində problemlər var. Saatlarla işığın verilməməsindən şikayət edən sakinlər problemlə bağlı “BakıElektrikŞəbəkə” ASC-nə, onun qəza xidmətinə və Xətayi şöbəsinə müraciət etsələr də zənglərinin cavabsız qaldığını bildiriblər.

Telefonlara zəng çatmadığını deyən sakinlər məsuliyyətsizliyə son qoyulmasını və problemin tezliklə aradan qaldırılmasını tələb ediblər.

Əhmədli qəsəbəsinin Məhəmməd Hadi, Gəncə prospekti ərazisində yaşayanlar redaksiyamıza bildiriblər ki, artıq bir neçə gündür evlərə içməli suyun da verilmsində problemlər yaranıb.