Bəhram Bağırzadə “20 Yanvar”dan video paylaşdı, tənqid olundu

behram-bagirzade-20-yanvardan-video-paylasdi-tenqid-olundu
Oxunma sayı: 3604

Əməkdar artist Bəhram Bağırzadə sosial şəbəkədə “20 Yanvar” metrostansiyasının ətrafından rayonlara sərnişin daşıyan sürücülərlə bağlı video paylaşıb.

“Qafqazinfo” xəbər verir ki, aktyor sözügedən videonu “no comment” şərhi ilə yayımlayıb.

B. Bağırzadənin bu paylaşımı izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Bir qisim şəxs sürücülərin nizamsızlığından gileylənərək ona haqq qazandırsa da, çoxu insanların çörək pulu qazandığını, bu kimi tənqidlərin doğru olmadığını yazıb.