Bəhram Xəlilov Türkiyəyə səfər edib

behram-xelilov-turkiyeye-sefer-edib
Oxunma sayı: 678

Səfər çərçivəsində Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsinin rəhbəri Mehmet Tekinarslanla görüş keçirilib. Görüş zamanı hər iki ölkənin dövlət idarəçiliyi və dövlət qulluğu sahəsində son dəyişiklik və islahatlar barədə fikir mübadiləsi aparılıb. Nümayəndə heyəti Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məzarını ziyarət edib. Nümayəndə heyəti Türkiyə və Yaxın Şərq Dövlət İdarəçiliyi İnstitutunun Baş direktoru Eyyup Günay İsbir, Türkiyə Respublikası Gazi Universitetinin Baş katibi Bahtiyar Akyılmaz və Nevşehir valisi Abdurrahman Savaş ilə də görüşlər keçirib.
Qeyd edək ki, səfər 2009-cu il 21 dekabr tarixində Bakıda imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında 2010-2011-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Proqramı”na uyğun olaraq həyata keçirilib.