Bekhem 14 milyon dollara razılaşdı - Spice Girls qayıdır

Bekhem 14 milyon dollara razılaşdı
Oxunma sayı: 1384

Britaniyanın Spice Girls pop-qrupunun üzvləri yenidən birləşir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Sun nəşri məlumat yayıb. Viktoriya Bekhem razılıq verdikdən sonra qrup yenidən bir araya gələ bilib. 

Hələ ötən il qrup üzvləri Spice Girls-ün 2018-ci ildə yenidən birləşəcəyini açıqlasalar da, Bekhem bunu təkzib etmişdi. 

Viktoriya Bekhemlə Cerri Xolliuell ailə vəziyyəti və işgüzar razılaşmalarla əlaqədar olaraq turlara qatıla bilməyəcəklər. Bekhemin şərtlərindən biri də vokal hissələrində iştirak etməmək olub. 

Yeni layihəyə görə, hər iştirakçı 14 milyon dollar alacaq. 

Qeyd edək ki, pop-qrup 1994-cü ildə yaradılıb. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi