Bekhem klubunun adını açıqladı

bekhem-klubunun-adini-aciqladi
Oxunma sayı: 2388

Yaxın keçmişin məşhur futbol ulduzu Devid Bekhem ABŞ-da bir neçə biznesmenlər şərik qurduğu futbol klubunun adını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Bekhem bu barədə xəbəri İnstaqramdakı hesabında paylaşıb.

O bildirib ki, klub “Club Internacı̇onal de Futbol Mı̇amı̇”, qısaca olaraq “İnter Mayami” adlanacaq və 2020-ci ildən etibarən ABŞ və Kanada klublarının mübarizə apardığı MLS-də çıxış edəcək.

Məlumat üçün bildirək ki, klubun hüquqi sahibi “Mayami Bekhem Yunayted” qrupudur. Bekhemin şərikləri isə ABŞ-ın 4-cü böyük mopbil operatoru “Sprint”in rəhbəri Marselo Klaure, Yaponiyanın telekommunikasiya şirkəti “Softbank”ın rəhbəri Masayoşi Son, idarə heyətinin üzvləri Xorqe Maa və Xose Mas, məşhur biznesmen Simon Fullerdir.

Qeyd edək ki, bir neçə ildir Bekhemin futbol akademiyası da fəaliyyət göstərir.